Yelena JABKO: Məqsədimiz Azərbaycanın Prezident Kitabxanasının işi ilə əyani tanış olmaqdır

 

"Məqsədimiz Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının işi ilə əyani tanış olmaqdır".

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının 10 illiyinə həsr olunmuş Beynəlxalq konfransda Sankt-Peterburqdakı Boris Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabko demişdir.

 Qonaq Prezident Kitabxanasının  yaradılmasının 10 illiyinə həsr olunmuş tədbirə dəvət edildiyinə görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoruna, Prezidentin İşlər müdirinə minnətdarlığını bildirmişdir.

Qeyd etmişdir ki, postsovet ölkələrinin çox az sayda  kitabxanalarının nümayəndələrinin bu tədbirə qatılmaq imkanı vardır. Bura gələnlər əsasən parlamentprezident kitabxanalarının nümayəndələridir. Azərbaycanın Prezident Kitabxanasının ehtiyatların toplanması, onlardan istifadə imkanlarının təmin edilməsi, informasiya-təhlil xidmətinin göstərilməsi istiqamətində maraqlı işlər gördüyünü bilirik.

Rusiyalı qonaq demişdir ki, heç şübhəsiz, gələcək  əməkdaşlığın əsas istiqamətlərindən biri qarşılıqlı  faydalı əsasda informasiyaresurs mübadiləsidir. Təkcə resurs mübadiləsini - sənədlərin  tam mətninin mübadiləsini  nəzərdə tutmuram.

Rusiya İmperiyasının tərkibinə daxil olduğu və Sovet hakimiyyətinin ilk illərində  Azərbaycanın, o cümlədən onun paytaxtı Bakının tarixi ilə bağlı 10-dan çox sənədin tam mətnini Prezident Kitabxanasına təqdim etdik. Çox maraqlı və nadir sənədlərdir. Zənnimcə, Azərbaycanda həmin sənədlər yoxdur. Bu, ölkələrimizi birləşdirən vahid informasiya məkanının yaradılmasına bizim töhfəmizdir.

 

Azərbaycan.-2013.- 29 iyun.- S.8.